Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 13 may 2016 09:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn, Azərbaycan vətəndaşı olan 2 nəfər gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdırma zamanı həmin  şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər  gömrükçülərə Sumqayıtdan əldə etdikləri marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gəldikləri və postun  qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını  bildiriblər.

 

Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız  bükümdə narkotik maddə-marixuana olduğunu deyib.  Bundan sonra həmin  avtomobilə  Biləsuvar Gömrük İdarəsinin “Buç” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə  narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi  xalis çəkisi 3,21 olan narkotik vasitə  qurudulmuş marixuana  aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR