Bank Of Baku

İrandan Azərbaycana zəhərli maddə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana zəhərli maddə keçirmək istəyən şəxs saxlanılıb
# 15 dekabr 2017 10:27 (UTC +04:00)

Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

 

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb.

 

Yoxlama zamanı, çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.

 

Xatırladaq ki, metallik civə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR