Ləğv prosesində olan "Alfa Sığorta" ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə əlaqədar zərərçəkmiş şəxslərə İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişlərinin verilməsi üçün toplanmış sənədlərin hüquqi ekspertizası, zərərçəkmiş şəxslərlə görüşlərin təşkili və təhvil-təslim işləri yekunlaşdırılıb.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, büro təhvil-təslim işlərinin yekunlaşdırıldığını nəzərə alaraq "Alfa Sığorta" tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə zərərçəkmiş şəxslərə kompensasiya ödənişlərinin fevralın 2-dən etibarən ardıcıllıqla həyata keçirilməsi prosesinə başlanıb.