Bank Of Baku

İSB: İndiyədək "Alfa Sığorta"nın müştərilərinə 212 min manat ödənilib

İSB: İndiyədək "Alfa Sığorta"nın müştərilərinə 212 min manat ödənilib
# 25 aprel 2017 10:35 (UTC +04:00)

Ötən il lisenziyası ləğv edilmiş "Alfa Sığorta" ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri ilə əlaqədar daxil olan sığorta tələbləri üzrə İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişlərinin verilməsi davam edir.

 

İSB-dən "APA-Economics"ə verilən məlumata görə, cari ilin fevral ayından etibarən həyata keçirilən proses çərçivəsində sözügedən şirkətin vaxtilə bağladığı icbari sığorta müqavilələri üzrə Büroya 146 sığorta tələbi daxil olub, bu tələblərin 130-u təmin edilib, üç sığorta tələbi üzrə kompensasiyaların verilməsindən isə qanuni əsaslarla imtina edilib. Daha 13 tələb üzrə müraciətlərə hazırda baxılmaqdadır.


İSB tərəfindən təmin edilmiş sığorta tələbləri üzrə indiyədək ödənilmiş kompensasiyaların ümumi məbləği 211 min 689 manat təşkil edib. Bunun 193 min 601 manatı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə, 10 min 88 manatı əmlaka dəyən zərər üzrə, 8 min manatı isə sağlamlığa dəyən zərər üzrə verilmiş kompensasiyalar olub.

 

İSB bir daha vətəndaşların nəzərinə çatdırır ki, ləğv olunmuş "Alfa Sığorta" ASC tərəfindən rəsmiləşdirilmiş və hazırda qüvvədə olan icbari sığorta müqavilələri üzrə müqavilə müddətləri başa çatanadək yaranacaq bütün öhdəliklər Büro tərəfindən təmin ediləcək.

 

"İcbari sığortalar haqqında" qanunun 32-ci maddəsinə əsasən, sığortaçı bağladığı icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, İSB tərəfindən kompensasiya ödənişi verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR