Bank Of Baku

İslam İnkişaf Korporasiyası «Unibank»a kredit ayırıb

İslam İnkişaf Korporasiyası «Unibank»a kredit ayırıb
# 31 iyul 2013 08:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC ilə İslam İnkişaf Korporasiyası arasında kredit sazişi imzalanıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, sazişə əsasən, Korporasiya tərəfindən Azərbaycan bankına 13 mln. ABŞ dolları həcmində kredit xətti açılıb.

 

Dörd il müddətinə ayrılan bu vəsaitin lizinq əməliyyatlarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. İlin sonunadək «Unibank»la İslam İnkişaf Korporasiyası arasında daha bir əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.

 

Qeyd edək ki, bu, beynəlxalq qurum tərəfindən «Unibank»a ayrılan ikinci kredit xəttidir. Belə ki, 2004-cü ildə ayrılan 1,7 mln. ABŞ dolları həcmində vəsait, «Unibank» tərəfindən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldilib. Ötən ay isə «Unibank»la Qara Dəniz Ticarət və İnkişaf Bankı  və Almaniyanın DEG İnvestisiya  Korporasiyası arasında növbəti kredit sazişləri imzalanıb.

 

Xatırladaq ki, «Unibank»ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), 2005-ci ildə isə DEG şirkəti (8,33%) daxil olub. Ötən ildəki fəaliyyətinə görə «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «Unibank»ın uzunmüddətli reytinqini «B» səviyyəsində təsdiqləyib. «Moody’s Investors Service» agentliyi isə Bankın xarici və milli valyutada öhdəliklər üzrə uzunmüddətli reytinqini «B2» səviyyəsində təsdiq edib. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR