Bank Of Baku

İspaniyanın dövlət borcu rekord səviyyəyə çatıb

İspaniyanın dövlət borcu rekord səviyyəyə çatıb
# 14 sentyabr 2013 07:44 (UTC +04:00)

Bakı - APA-Economics. İspaniyanın dövlət borcu iyunun sonuna 942,8 mlrd. avroya çatıb ki, bu da tarixi maksimumdur. “APA-Economics”in məlumatına görə, beləliklə, ölkənin dövlət borcu ÜDM-in 92,2%-inə çatıb.

 

Qeyd edək ki, son vaxtlar İspaniya hökuməti büdcə xərclərini azalmağa çalışır, lakin işsizliyin kəskin artması (hazırda bu göstərici 26%-ə çatıb) buna nail olmağı çətinləşdirir, çünki bu, işsizlik üzrə müavinətlərin artmasına səbəb olur.

 

Proqnozlara görə, yaxın üç ilə İspaniyanın dövlət borcu ÜDM-in 100%-inə çata bilər ki, bu da təxminən 100 il bundan əvvəl müşahidə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR