“Bu ilin sonunda İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının keçiriləcəyi gözlənilir”.
APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
O xatırladıb ki, müvafiq anlaşma memorandumu ötən il İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı imzalanıb: "İclasın hansı ölkədə keçiriləcəyi ilə bağlı danışıqlar aparılır. Komissiyaya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İsrail tərəfdən isə ətraf mühit naziri rəhbərlik edir. Bu komissiyanın fəaliyyətinin ticarət, iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrin inkişafına təkan verəcəyinə inanırıq”.