Bank Of Baku

İyirmiyədək bank Maliyyə Savadlılığı Şurasına qoşulmaq niyyətindədir

İyirmiyədək bank Maliyyə Savadlılığı Şurasına qoşulmaq niyyətindədir
# 28 aprel 2017 11:56 (UTC +04:00)

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində Maliyyə Savadlılığı Şurasının yaradılmasının əsas məqsədi bank müştərilərinin və potensial müştəri olacaq şəxslərin maliyyə savadlılığını yüksəltməkdir. "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin "Banklar və Biznes" qəzetinə müsahibəndə bildirib.

 

"Bu günlərdə ayrı-ayrı banklar, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Bank Tədris Mərkəzi və digər maraqlı tərəflər maliyyə savadlılığının artırılması yönündə işlər görürlər. Şuranın yaradılmasındakı məqsəd sadalanan qurumların həyata keçirdiyi maliyyə savadlılığı tədbirlərini əlaqələndirmək, səyləri birləşdirmək, bu prosesi daha planlı və sistemli hala gətirməkdir", - deyə C.Abdullayev qeyd edib.

 

Onun sözlərinə görə, maliyyə savadlılığının artırılmasında liderlik rolu Azərbaycan Mərkəzi Bankına (AMB) verilib: "Bu gün Mərkəzi Bank bütövlükdə ölkədə aparılan maliyyə savadlılığı ilə əlaqədar layihələrin koordinasiyasını həyata keçirir. Bununla əlaqədar Koordinasiya Şurası yaradılıb. AMB, ABA, Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası və Almaniya Əmanət Bankları Fondu bu Koordinasiya Şurasına üzvdürlər. Qeyd edilən bu beş təşkilat maliyyə savadlılığı istiqamətində işlər görür və tədbirlərin təkrarlanması və bir-birini inkar etməməsi və daha səmərəli olması üçün əlaqələndirməni həyata keçirirlər".


Direktor qeyd edib ki, ABA-nın müraciəti əsasında Şurada 19 bank iştirak etmək istəyib: "İlk iclasda sözügedən bankların İdarə Heyəti üzvlərinin və aparıcı departament rəhbərlərinin iştirakı ilə Şura yaradılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR