İyul ayında Azərbaycanda pul bazası artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay pul bazası 58,4 mln. manat artıb.
Başqa sözlə, mayda ölkədə pul bazası 0,71% artaraq 8 mlrd. 332,9 mln. manat olub.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 694,8 mln. manat və ya 9,1% artım deməkdir.