Bank Of Baku

İyulda əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi azalıb

İyulda əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi azalıb
# 08 sentyabr 2017 15:09 (UTC +04:00)

2017-ci il avqustun 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 860,7 mln. manat təşkil edib ki, bunun da 1,822 mlrd. manatı (26,55%) milli  valyuta, 5 mlrd. 38,7 mln. manatı (73,45%) isə xarici valyuta ilə yerləşdirilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

 

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 316 mln. manat və ya 21% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 299,1 mln. manat və ya 20,5% azalma var.

 

Bununla yanaşı, cari ilin iyun ayı ilə müqayisədə iyulda manatda olan əmanətlərin həcmi 16,4 mln. manat və ya 0,89% azalıb, xarici valyutada olan əmanətlərin həcmi isə 30 mln. manat və ya 0,59% azalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR