Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyul ayının 1-nə 1 mlrd. 810,7 mln. manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 270,9 mln. manat və ya 17,59% çoxdur.
Bu ilin may ayı ilə müqayisədə iyunda problemli kreditlərin həcmi 70,9 mln. manat və ya 4,08% artıb.