Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün bəzi kütləvi informasiya vasitələrində Tovuz, Astara, Balakən və Biləsuvar gömrük idarələrinin buraxılış məntəqələrindəki piyada keçid xəttində vətəndaşların böyük sıxlığının yarandığı barədə yalan məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumatda bildirir ki, bu kimi məlumatların heç bir əsası yoxdur və buraxılış məntəqələrindəki piyada keçid xəttində son günlər ərzində heç bir sıxlıq müşahidə olunmur: "Hazırda vətəndaşların normal gediş-gəlişi tam təmin edilir. Onu da xatırladaq ki, respublikamızın Gürcüstanla sərhəddə yerləşən gömrük keçid məntəqələri 24 saat fasiləsiz iş rejimində çalışır".