Bank Of Baku

Komitə sədri: "Beynəlxalq təşkilatlar Azərbaycanın büdcə siyasətini müsbət qarşılayır"

Komitə sədri: "Beynəlxalq təşkilatlar Azərbaycanın büdcə siyasətini müsbət qarşılayır"
# 06 dekabr 2016 09:34 (UTC +04:00)

"Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

 

Onun sözlərinə görə, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, təşkilatı iqtisadi tədbirlər görülür: "Son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı , dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR