Bank Of Baku

Kredit zəmanət fondunun yaradılması üçün model seçilir

Kredit zəmanət fondunun yaradılması üçün model seçilir
# 12 sentyabr 2017 11:51 (UTC +04:00)

Azərbaycanda kredit zəmanət fondunun (KZF) yaradılmasının ilkin diaqnostikasının aparılması məqsədilə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə "Biznes və Maliyyə Konsaltinq" şirkətinin eksperti Bob Ley tərəfindən texniki-iqtisadi əsaslandırma (TİƏ) həyata keçirilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyətinə dair monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

 

Sənəddə deyilir ki, TİƏ-də KZF-nin fəaliyyətini tənzimləyən mövcud qanunvericilik və nəzarət çərçivəsinin, eləcə də fondun yaradılmasının ictimai və bazar təhlili aparılıb, bu sahədəki boşluqlar qiymətləndirilib və yaradılacaq KZF üçün optimal idarəetmə strukturunun seçilməsi və FKZ-lərin risk diversifikasiyasının müəyyən edilməsi üçün təkliflər verilib.


TİƏ-nin təhlili nəticəsində KZF-lərin yaradılması üçün modelin seçilməsi və aidiyyəti qurumlarla razılaşdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR