Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Rusiya vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindəki əl yükünə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı yağ qutularının içərisində gömrük nəzarətindən gizlədilən, üzərində Belarusa məxsus aksiz markası olan 5 200 ədəd siqaret aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.