Bank Of Baku

Ləğv olunan üç dövlət qurumunun kreditorlarına müraciət olunub

Ləğv olunan üç dövlət qurumunun kreditorlarına müraciət olunub
# 01 aprel 2016 08:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin fevralın 3-də prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən dövlət qurumlarının kreditorlarına müraciət edilib.

 

"APA-Economics" xəbər verir ki, müraciətdə bildirilib ki, ölkə başçısının müvafiq fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.

 

"Bütün kreditorlar 2 ay müddətində Bakı şəhəri, bülbül prospekti 27 ünvanında yerləşən Ləğvetmə Komissiyasına müraciət edə bilərlər", - deyə müraciətdə vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR