Bakı. Musa Əhmədov - APA-Economics. Noyabr ayının 7-də “Başak-İnam” sığorta şirkəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda şirkətinin nizamnamə kapitalının artırılması ilə bağlı məsələ müzakirə ediləcək və bununla bağlı qərar veriləcək.
Xatırladaq ki, şirkətin lisenziyası noyabr ayının 4-dən etibarən dayandırılıb. Maliyyə Nazirliyi bunu məcmu kapitalın qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqələndirib.