Bank Of Baku

Maliyyə Bazarlarına Nəzarət Palatasının ilkin kapitalı açıqlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının ilkin kapitalı açıqlanıb
# 09 aprel 2016 10:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ilkin kapitalı açıqlanıb.

 

APA-Economics”in məlumatına görə, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, rəhbərlik etdiyi publik hüquqi şəxsin ilkin kapitalı 5 mln. manat təşkil edir: “Eyni zamanda biz funksiyaları bu palataya köçürülən təşkilatların müəyyən əmlakına malik olacağıq. Hazırda bu istiqamətdə təhvil-təslim gedir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin binası bizim balansımıza keçir. Bunu audit qiymətləndirəcək. Amma balansları 1 milyon 400 manatdır. Eyni zamanda, həm Maliyyə Monitorinqi Xidmətinin, həm Dövlət Sığorta Nəzarəti Xidmətinin də əmlakı, yəni istifadə etdikləri kompüter avadanlıqları, proqram təminatları da bizim balansımıza keçir. İlkin qiymətləndirmələrə görə, bunların da dəyəri təxminən 5 milyon manat olacaq. bununla da, Palatanın ilkin kapitalı 10 milyon manata yaxın olacaq”.

 

R.Aslanlı Palatanın cari fəaliyyətinin maliyyələşdirilmə mexanizmlərini də açıqlayıb: “Bununla əlaqədar tənzimlənən subyektlərin, yəni banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və sair təşkilatların ödədikləri haqlar hesabına bizim fəaliyyət maliyyələşdiriləcək. Bu haqların iki forması var. Bunların birincisi, illik ödənilən haqlardır, ikincisi isə nəzarət tədbirləri çərçivəsində onlara təqdim olunmuş hesab-fakturalara əsasən ödənişlərdir. Yəni, faktiki olaraq, bu təşkilatın fəaliyyəti maliyyə sabitliyini təmin etmək üçündür. Maliyyə sabitliyinin sifarişçiləri olan təşkilatlar bu fəaliyyət üçün haqq ödəyəcəklər. Bizim ilkin hesablamalara görə, Palatanın fəaliyyətinin təmin olunması tənzimlənən subyektlərin, yəni bankların və digər maliyyə vasitəçilərinin illik ödədiyi haqq bu təşkilatların vergidən əvvəlki gəlirlərinin 1%-dən artıq olmamalıdır. Nəhayət, biz məsuliyyətli büdcə siyasəti tətbiq edirik. Bunun bir neçə aspekti var. Əsas aspekti odur ki, bizim 2016-cı il üçün büdcəmizdə insan resurslarına sərf olunan xərclər, əməyin ödənilməsi, insan resurslarının təlimləndirilməsi və sair xərclər bizim büdcənin 80%-dən az olmamalıdır. Yəni, bir növ balanslaşdırılmış vasitələrlə məsuliyyətli maliyyələşmə və məsuliyyətli büdcə tətbiq etməyi düşünürük”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR