Bank Of Baku

Maliyyə Nazirliyi 14 sahibkarı 11 min manat cərimələyib

Maliyyə Nazirliyi 14 sahibkarı 11 min manat cərimələyib
# 07 may 2014 13:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən cari ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlara əsaslanan rəsmi müraciətlərə əsasən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə yoxlama aparılıb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 ədəd zərgərlik məmulatı aşkar edilib.

 

Həmin məmulatlar ekspertiza, analiz və əyarlanma prosedurlarından keçirilib, müəyyən edilib əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanmış və 4 min 150 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

 

Aşkar edilmiş nöqsanlarla əlaqədar həmin sahibkarlara inzibati xəta protokolları tərtib edilib, inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərarlar çıxarılıb və 1 min 600 manat məbləğində cərimə tətbiq edilib.

 

2014-cü ilin 4 ayı ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 14 qərar çıxarılıb və ümumilikdə 11 min 200 manat məbləğində inzibati cərimə tətbiq edilib.

 

Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ilin 4 ayı ərzində 433 min 772 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR