Bank Of Baku

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
# 07 aprel 2017 17:28 (UTC +04:00)

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

 

APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

 

QHT-lər illik maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir.
 

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT-lər www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər.
 

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR