Bank Of Baku

Maliyyə Nazirliyinin 16,4 milyon dollar dəyərində qısamüddətli dövlət istiqrazları alınıb

Maliyyə Nazirliyinin 16,4 milyon dollar dəyərində qısamüddətli dövlət istiqrazları alınıb
# 13 fevral 2016 06:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 415 000 ABŞ dolları təşkil edib.

 

Sifarişlər 95,2505% (gəlirlik 5,00%) və 97,1000% (gəlirlik 2,99%) qiymət intervalında təqdim edilib.

 

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti –  96,6184 (gəlirlik 3,51%) orta ölçülmüş qiymət 97,0199 (gəlirlik 3,08%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

 

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 ABŞ dolları məbləğində müəyyən edilib.   

 

İstiqrazların ödəmə tarixi  10 fevral 2017-ci ildir, tədavül müddəti isə  364  gündür.

 

Qeyd edək ki, BFB-də Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə də hərrac keçirilib. Hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 000 000 ABŞ dolları təşkil edib. Sifarişlər 98,6890% qiymətlə təqdim edilib. Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR