Bank Of Baku

Maliyyə Sabitliyi Şurası makroiqtisadi sabitliklə bağlı tədbirlər hazırlayır

Maliyyə Sabitliyi Şurası makroiqtisadi sabitliklə bağlı tədbirlər hazırlayır
# 07 dekabr 2016 15:30 (UTC +04:00)

"Millət vəkillərinin qaldırdığı təkliflərlə bağlı araşdırma aparılacaq və hökumət öz təkliflərini verəcək. Amma nəzərə almaq lazımdır ki, növbəti ilin büdcəsi yığcam və balanslaşdırılmışdır".


"APA-Economics" xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
 

Nazir əlavə edib ki, gələm ilin büdcəsi yeni çağırışlar nəzərə alınmaqla tərtib edilib: "Büdcədə sosial öhdəliklərin həyata keçirilməsi öz əksini tapıb. Bizim xarici borcların ödənilməsi, xarici səfirliklərin saxlanılması və ölkənin üzərinə götürdüyü mötəbər tədbirlər üzrə öhdəliklərin yerinə yetirilməsi də nəzərdə tutulub".

 

S. Şərifov əlavə edib ki, gələn ilin dövlət büdcəsi builki büdcədən 1,5 mlrd. manat azdır: "Bu da hazırda makroiqtisadi siyasətin məntiqi davamıdır. Belə ki, hazırda Maliyyə Sabitliyi Şurası tərəfindən müvafiq tədbirlərin hazırlanması prosesi gedir. Əsas məqsəd makroiqtisadi sabitliyin təmin olunmasına nail olmaqdır. Bu tədbirlərlə biz gələcəkdə iqtisadi artımı təmin etmiş olacağıq. Bu reallıqlar da dövlət büdcəsində öz əksini tapıb. Mövcud iqtisadi şəraitə hazırlanmış büdcə ölkənin gələcək inkişafını təmin edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR