Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb
# 06 may 2016 08:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə  97,3 mln. manat və ya 1,33% artaraq 2016-cı ilin aprelin 1-nə 7 435,4 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin  fevral ayı ilə müqayisədə martda bankların xarici borclanması 23,8 mln. manat və ya 0,32% artıb.

 

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin martında bankların məcmu xarici öhdəliklərin həcmi 769,1 mln. manat və ya 9,37% azalıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin aprelin 1-nə 9 127,5 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 581,1 mln. manat və ya 2,01 dəfə çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin fevral ayı ilə müqayisədə martda 1 777,1 mln. manat və ya 24,18%-lik artım baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR