Bank Of Baku

Martda Azərbaycanda pul kütləsi azalıb

Martda Azərbaycanda pul kütləsi azalıb
# 04 may 2018 15:43 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin aprelin 1-nə 22 mlrd. 459,5 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mlrd. 556,6 mln. manat və ya 12,85% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda 2018-ci ilin fevral ayı ilə müqayisədə martda geniş mənada pul kütləsi 408,6 mln. manat və ya 1,79% azalıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 023, mln. manat və ya 18,42% artaraq 2018-ci il aprelin 1-nə 13 005,9 mln. təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR