Bu ilin aprel ayının 1-nə banklar tərəfindən qiymətli kağızlara 2 mlrd. 301,6 mln. manat yönəldilib.
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, ötən ilin mart ayındakı göstəricidən 1 mlrd. 962,8 manat və ya 5,92 dəfə çoxdur.
Qeyd edək ki, 2018-ci ilin aprel ayının 1-nə banklar tərəfindən 1 mlrd. 851,8 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb.
Ümumiyyətlə, ötən illə müqayisədə bu ilin martda banklar tərəfindən buraxılmış qiymətli kağızların həcmi 4,79 dəfə artıb.