Bu ilin aprelin 1-ə Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 717,1 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Bu fevral ayının göstəriciləri ilə müqayisədə 2,47% az, ötən ilin analoji dövrü ilə müqayisə 1,05% azdır.
Bu ilin mart ayında əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 580,1 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 2,03% və ya 157,2 mln. manat azdır.