Bank Of Baku

Mənzil İnşaatı Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib

Mənzil İnşaatı Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib
# 24 noyabr 2016 14:34 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.

 

APA-Economics” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, “Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılacaq.

 

Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlanması, eləcə də publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR