Bank Of Baku

Mərkəzi Bank: Bankların valyutaya olan ehtiyacı ödənilir

Mərkəzi Bank: Bankların valyutaya olan ehtiyacı ödənilir
# 02 mart 2016 09:32 (UTC +04:00)

Bakı - APA-Economics. "Mərkəzi Bank valyuta hərracını özünün tərtib etdiyi qrafikə uyğun aparır".

 

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

"Banklar, demək olar ki, ehtiyacları olduğu qədər valyuta alırlar. Başqa, paralel proses getmir. Bu gün də valyuta hərracı baş tutacaq və bazarın tələbatı ödəniləcək. Mərkəzi Bank bazarda valyuta təchizatçısı rolunu oynamır. Biz tənzimləyiciyik. Bizim vəzifəmiz üzən məzənnə rejimində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır", - deyə E. Rüstəmov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR