Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.
“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.
Belə ki, I yarım illiyin sonuna strateji valyuta ehtiyatları 28 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6,2 dəfə üstələyib.
Eyni zamanda strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,2 dəfə üstələyib.