Bank Of Baku

Mərkəzi Bank Azərbaycan manatının yeni dizaynda buraxılacağı barədə məlumatlara aydınlıq gətirib - RƏSMİ AÇIQLAMA - VİDEO

Mərkəzi Bank Azərbaycan manatının yeni dizaynda buraxılacağı barədə məlumatlara aydınlıq gətirib - <span style="color: red;">RƏSMİ AÇIQLAMA  - <span style="color: red;">VİDEO
# 15 avqust 2013 09:28 (UTC +04:00)

Bankdan “APA-Economics”ə daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksi olan 1, 5, 10, 20, 50, 100 manatlıq əsginasların fotosu yayılıb.

 

“Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yanlış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.

 

Azərbaycan  Respublikasının Mərkəzi Bankı  bildirir ki,  bu   məlumatlar heç bir  reallığı əks etdirmir və   bu şəkillər qeyri-müəyyən  şəxslərin  təxəyyülünün məhsuludur.

 

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əsginasların tədavülə buraxılması planlaşdırılmır”, - deyə Mərkəzi Bankın məlumatında bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR