Azərbaycan Mərkəzi Bankında (AMMB) istifadədə olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və modernləşdirilməsi ilə bağlı elan edilmiş açıq tenderin 1-ci lotu üzrə "GTSolutions", "Foranx" və "Sistemnıye Texnoloqii" şirkətləri, 2-ci, 3-cü, 5-ci və 6-cı lotlar üzrə "GTSolutions" şirkəti, 4-cü lot üzrə "GTSolutions" şirkəti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qalib elan ediliblər.
"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.