Bank Of Baku

Mərkəzi Bank manat intervensiyalarına başlayıb, ilk hərracda 0,4 mln. dollar alınıb

Mərkəzi Bank manat intervensiyalarına başlayıb, ilk hərracda 0,4 mln. dollar alınıb
# 04 aprel 2016 14:20 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin, müəyyən dedollarlaşma meylləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir. Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan məlumat verilib.

 

Bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirib və hərrac 0,4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR