Bank Of Baku

Mərkəzi Bank xüsusi təyinatlı avtomobillər alır

Mərkəzi Bank xüsusi təyinatlı avtomobillər alır
# 14 aprel 2016 08:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mərkəzi Bank 2 ədəd inkassasiya və 2 ədəd təhlükəsizlik avtomobillərinin satınalması ilə əlaqədar tender elan edir. “APA-Economics” xəbər verir ki, tender nağd pul və qiymətlilərin daşınması üçün keçirilir.


Tender proseduru iyunun 1-də keçiriləcək. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını mayın 31-ə qədər Mərkəzi Banka təqdim etməlidir.

Qeyd edək ki, iddiaçılar tenderdə iştirak haqqı 150 manatdır. Vəsait Mərkəzi Bankın hesabına köçürülməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR