Bank Of Baku

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 02 dekabr 2016 15:22 (UTC +04:00)

Dekabrın 7-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərraca çıxarılan bir notun nominal dəyəri 100 manat, ümumi həcmi 75 mln. manat təşkil edir.

 

Notların tədavül müddəti 29 gün, ödəmə tarixi 5 dekabr 2017-ci ildir.

 

AMB-nin qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

 

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR