Bank Of Baku

Millət vəkili: “Mərc oyunlarından əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət Gənclər və İdman Nazirliyində qalacaq”

Millət vəkili: “Mərc oyunlarından əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət Gənclər və İdman Nazirliyində qalacaq”
# 04 mart 2016 10:52 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.

 

Qeyd edək ki, ötən gün parlamentin Gənclər və İdman Komitəsinin iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi aparılıb. Qanuna təklif olunurdu ki, 53-1.5-ci maddədəki "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "Maliyyə Bazarlarına Nəzarət Orqanı" sözləri ilə əvəzlənsin. Həmçinin təklif edilirdi ki, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşsin.

 

Qeyd edək ki, əvvəllər bu səlahiyyət Gənclər və İdman Nazirliyinin tabeliyində idi. Komitə üzvləri isə səlahiyyətlərin nazirlikdən alınmasına etiraz ediblər. 
 

“Millət vəkillərinin etirazları nəzərə alınaraq parlament rəhbərliyinə müraciət olunub. Parlament rəhbərliyi də öz növbəsində qanunvericilik təşəbbüsü subyektinə müraciət edib və məsələ əvvəlki kimi qalıb. Yəni, oyunlardan əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət nazirliyin, az qismi isə Maliyyə Bazarlarına Nəzarət  Palatasının verilib”, - deyə F.Muradov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR