Bank Of Baku

Milli Depozit Mərkəzinin öhdəlikləri 6,2 dəfə artıb

Milli Depozit Mərkəzinin öhdəlikləri 6,2 dəfə artıb
# 25 aprel 2018 13:04 (UTC +04:00)

2017-ci ildə Milli Depozit Mərkəzinin aktivləri 17,041 mln. manat olub ki, bu da 2016-cı illə müqayisədə 2,2 dəfə və ya 9,297 mln. manat çoxdur.

 

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

 

Aktivlərin 3,249 mln. manatı uzunmüddətli, 13,792 mln. manatı isə qısamüddətli aktivlərdir.

 

Şirkətin öhdəlikləri 43,87% və ya 69,733 mln. manat artaraq 228,696 mln. manata çatıb ki, bunun da 74,355 mln. manatı qısamüddətli, 154,341 mln. manatı isə uzunmüddətlidir.

 

Hesabat dövründə şirkətin nizamnamə kapitalı dəyişməyərək 2,700 mln. manat olub, cəmi kapitalı isə 2,72% artaraq 6,146 mln. manata yüksəlib.

 

2016-cı il ilə müqayisədə 2017-ci ildə Milli Depozit Mərkəzinin cəmi öhdəlikləri 6,2 dəfə artaraq 10,895 mln. manata çatıb.

 

Hesabat dövründə MDM-in əsas əməliyyat gəlirləri 3,672 mln. manat olub.

 

MDM ötən ili 225,250 min manat xalis mənfəət əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR