Bank Of Baku

Milli Məclis "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"ni təsdiq edib

Milli Məclis "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"ni təsdiq edib
# 04 mart 2016 14:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin plenar iclasında "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"nin təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılıb. “APA-Economics” xəbər verir ki, millət vəkilləri qanun layihəsinin lehinə səs verib.

 

Sazişə əsasən, bankın təsdiqlənmiş nizamnamə kapitalının hər birinin nominal dəyəri 100 min ABŞ dolları olan və sazişin 5-ci maddəsinin tələbinə əsasən yalnız üzvlərin əldə edə biləcəyi 1 mln. səhmə bölünmüş 100 mlrd. ABŞ dolları təşkil edir. İlkin təsdiqlənmiş nizamnamə kapitalı ödənilmiş səhmlər və geri çağırılma hüququna malik səhmlərdən ibarət olmalıdır. Sazişə əsasən, hər bir üzv bankın nizamnamə kapitalına abunə olmalıdır.

 

Sazişin 6-cı maddəsinə əsasən, bu sazişi imzalamaqla 58-ci maddəyə müvafiq olaraq üzv olmuş hər bir tərəfin bankın ödənilmiş kapitalına ilkin abunə üzrə ödənişi 20% həcmində bərabər 5 hissəsi şəkilində ödənilməlidir. Üzvlər tərəfindən ilk ödəniş bu saziş qüvvəyə mindikdən sonra 30 gün ərzində və ya 58-ci maddənin 1-ci bəndinə müvafiq olaraq üzvün adından təqdim olunmuş ratifikasiya, qəbul və ya təsdiq sənədinin qeydiyyat tarixində və ya bu tarixdən daha əvvəl ödənilməlidir.

 

Üzvlər tərəfindən ikinci ödəniş bu saziş qüvvəyə mindiyi tarixdən bir il sonra həyata keçirilməlidir. Qalan 3 ödənişin hər biri isə əvvəlki ödənişin həyata keçirildiyi tarixdən bir il sonra olmaqla ardıcıllıqla ödənilməlidir. Ödənilmiş kapitala ilkin abunəlik üzrə hər bir ödəniş dollar və ya digər sərbəst dönərli valyuta ilə ödənilməlidir. Sazişə əsasən Azərbaycan üzvlük kapitalı kimi ilkin olaraq 254,1 mln. dollar ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR