Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Rusiya ilə imzaladığı saziş və digər bəzi dövlətlərlə qəbul etdiyi çoxtərəfli bəyanat parlamentdə təsdiq olunub.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş, “Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.
Hər iki sənəd səsə qoyularaq qəbul olunub.