Bank Of Baku

MM-in komitə sədri: “Prezidentin “Valyuta tənzimi haqqında” qanuna veto qoyması vətəndaşların maraqlarına xidmət edir”

MM-in komitə sədri: “Prezidentin “Valyuta tənzimi haqqında” qanuna veto qoyması vətəndaşların maraqlarına xidmət edir”
# 24 fevral 2016 14:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərbaycan Prezidentinin “Valyuta tənzimi haqqında” qanuna veto qoyması vətəndaşların konstitusion maraqlarına xidmət edir”.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 

Onun sözlərinə görə, vaxtilə qəbul edilmiş “Valyuta tənzimi haqqında” qanunda çox düzgün maddələr var idi. Lakin yeni maddələr insanların eyni şeyə görə iki dəfə vergi vermələrini nəzərdə tuturdu. “İlk növbədə Prezident Azərbaycan vətəndaşının kontitusion maraqlarının qorunmasının təminatçısıdır və bu qanunda əlavə edilmiş müddəalar da vətəndaşların müəyyən mənada konstitusion maraqlarını təmin etmirdi. Məsələn, qanunda nəzərdə tutulurdu ki, əmlakını satıb xaricə pul köçürən adam nəzərdə tutulan həddi keçibsə, yenə də vergi ödəməli idi. Qanun qəbul edilsəydi, həm daxildə investisiya mühitinə, həm də xaricilərin Azərbaycan da iş qurmasına mənfi təsir göstərərdi”.

 

Z. Səmədzadə əlavə edib ki, hələlik bu qanun qüvvədədir. Lakin qanunun təkmilləşdirilməsi üçün iş adamlarının təklifləri araşdırılmalıdır. “Mən bu gün iş adamları ilə görüşdüm. Onların bəzi təklifləri var. Bu təkliflər araşdırılacaq. Biz elə etməliyik ki, Azərbaycanda investisiya mühiti, biznes mühiti bundan sonra da yaxşılaşsın. Azərbaycana həm daxili, həm də xarici investisiyalar gəlsin ki, onlar üçün heç bir maneə olmasın”, - deyə komitə sədri qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR