Bakı. Anaxanım Hidayətova – APA-Economics. Yanvarın 25-də Moskvada MDB İqtisadi Şurası yanında İqtisadi məsələlər komissiyasının növbəti iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasın gündəliyinə iqtisadiyyat sahəsində inteqrasiya fəaliyyəti ilə bağlı bir sıra məsələlər daxil edilib.
İclas iştirakçıları MDB ölkələrində reklam sahəsinin vəziyyəti, 2013-cü il üçün istehsal, və istehlak proqnozu, sərhəd əməkdaşlığı, MDB İqtisadi Şurası “Dövlətlərarası texniki reqlamentlər haqqında” sazişlə bağlı qərarı, “MDB İqtisadi Məhkəməsinin statusu haqqında” saziş layihəsi və s. məsələlər müzakirə olunacaq.