Bank Of Baku

Naxçıvan iqtisadiyyatı 2% böyüyüb

Naxçıvan iqtisadiyyatı 2% böyüyüb
# 22 iyun 2016 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 883 mln. 63 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

"APA-Economics" Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.


Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artaraq 1983,1 manata çatıb.

 

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 410 mln. 601 min 300 manat həcmində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,1% üstələyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR