Bank Of Baku

Naxçıvanda fövqəladə hallar zamanı gömrük orqanlarının üzərinə düşən məsələlər müzakirə olunub

Naxçıvanda fövqəladə hallar zamanı gömrük orqanlarının üzərinə düşən məsələlər müzakirə olunub
# 29 oktyabr 2014 11:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Naxçıvan şəhər Gömrük İdarəsində “Fövqəladə hallar zamanı zərərçəkmiş əhalinin həyat fəaliyyətinin təmin olunmasında gömrük orqanlarının rolu” mövzusunda konfrans keçirilib.

 

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, Naxçıvan DGK-nın sədrinin müavini Səhət Həbibbəyli baş verə biləcək fövqəladə hallar zamanı mümkün nəticələrin aradan qaldırılması işinə bütün dövlət orqanlarının hazır olmasının əsas tələblərdən biri olduğunu vurğulayıb. Sədr müavini bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələrdən də danışıb. Qeyd edilib ki, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zərər çəkmiş əhali üçün göndərilən malların və nəqliyyat vasitələrinın və digər yardım yüklərinin gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə güzəştli və sadələşdirilmiş qaydada aparılması müəyyən olunub.

 

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Emin Qasımov muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gömrük orqanları ilə qarşılıqlı fəaliyyətin təşkilindən, Naxçıvan DGK-nın Maddi-texniki təchizat və təsərrüfat bölməsinin rəisi Zeynalabdin Quliyev isə gömrük orqanlarında mülki müdafiə işinin təşkili istiqamətində görülən işlərdən danışıb.

 

Konfransda muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar zamanı xəbərdarlıq siqnalları üzrə fəaliyyətin təşkili, o cümlədən dəm qazından mühafizə tədbirləri, radiasiya təhlükəsizliyi və ondan qorunma yolları, gömrük orqanlarında yanğın təhlükəsizliyi qaydaları kimi məsələlər də müzakirə olunub.

 

S. Həbibbəyli fövqəladə halların aradan qaldırılması və mülki müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki biliklərin aşılanmasında konfransın əhəmiyyətini vurğulayıb və yaradılmış birgə komissiyanın uğurlu fəaliyyəti üçün lazımı tədbirlərin görüləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR