Bank Of Baku

Naxçıvanda kredit götürənlərin sayı azalıb

Naxçıvanda kredit götürənlərin sayı azalıb
# 21 dekabr 2017 07:03 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 28 mln. 38 min 700 manat məbləğində kreditlər verilib.

 

APA-Economics” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11 mln. 760 min 200 manat və ya 29,55% azdır.  

 

Qeyd edək ki, bu ilin 11 ayında muxtar respublikada verilmiş kreditlərin 4 mln. 191 min 900 manatı və yaxud 15%-i qısamüddətli, 23 mln. 846 min 800 manatı və yaxud 85%-i uzunmüddətli kreditlər olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR