Bakı. Musa Əhmədov - APA-Economics. Naxçıvan Muxtar Respublikasında toplanmış sığorta haqlarının məbləği artıb.
"APA-Economics" xəbər verir ki, bu ilin yanvar ayı ərzində Naxçıvanda bütün sığorta növləri üzrə daxilolmalar 329,8 min manat olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 min manat və ya 1,5% çoxdur.