Bank Of Baku

Nazir müavini: “Növbəti 4 ildə ölkə iqtisadiyyatına 100 mlrd. dollardan çox investisiya yatırılacağı proqnozlaşdırılır”

Nazir müavini: “Növbəti 4 ildə ölkə iqtisadiyyatına 100 mlrd. dollardan çox investisiya yatırılacağı proqnozlaşdırılır”
# 18 noyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda investisiya qoyuluşu 5% artaraq 19,8 mlrd. manat təşkil edəcək.

 

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

 

“Gələn il ölkə iqtisadiyyatına yatırılan investisiya 25 mlrd. ABŞ dolları keçəcək. Bunun 6,9 mlrd. dolları xarici investisiyaların payına düşəcək. 2015-ci ildə neft sektoruna 7,4 mlrd. dollar həcmində investisiya yönəldiləcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların əsas hissəsi qeyri-neft sektorunun inkişafına yönəldiləcək”.

 

Nazir müavini qeyd edib ki, növbəti 4 ildə ölkə iqtisadiyyatına 100 mlrd. dollardan çox həcmində investisiya yatırılacağı proqnozlaşdırılır.

 

S. Həsənova qeyd edib ki, iqtisadiyyatda dövlət investisiyaları vasitəsilə struktur potensialı qurulub, güclü sosial infrastruktur quruculuğu həyata keçirilib və bu davam edir: “Bu siyasət gələn orta müddətdə də davam edəcək. Nəticədə sistem qeyri-neft sektorunun inkişafını təmin edən amillərin əsası olan həm insan kapitalının inkişafına, həm də infrastrukturun inkişafına nail ola biləcəyik. Bizim əsas infrastruktur layihələrimiz bu müddətdə bitəcək”.

 

Nazir müavini əlavə edib ki, 2015-ci ildə Azərbaycanda 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir.

 

O, əlavə edib ki, növbəti illərdə isə ölkədə sabit olaraq 40 mln. ton ətrafında neft hasilatı proqnozlaşdırılır.

 

2015-ci ildə də Azərbaycanda inflyasiyanın səviyyəsi aşağı olacaq. S. Həsənova deyib ki, Azərbaycanda makroiqtisadi bitlik qorunur, inflyasiya da aşağı səviyyədədir. Nazir müavini qeyd edib ki, gələn il də inflyasiya səviyyəsi 2,3% həcmində proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR