«APA-Economics»in xəbər verdiyi kimi, bunu iqtisadi inkişafı naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayevin sözlərinə görə, son illər Azərbaycanda müşahidə olunan inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaradıb, ölkəni investorlar üçün daha cəlbedici edib: «Ötən il 13,3 mlrd. dolları daxili və 8,8 mlrd. dolları xarici olmaqla ölkə iqtisadiyyatına 22,1 mlrd. dollar həcmində investisiya yatırılıb».
Azərbaycan iqtisadiyyatının inkişafı ölkənin maliyyə ehtiyatlarının artmasına səbəb olub ki, bu da öz növbəsində, xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaradıb. Ş.Mustafayev vurğulayıb ki, artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.