Bank Of Baku

Nazirlik: ABB-nin restrukturizasiya planının qəbulu beynəlxalq maliyyə qurumları ilə münasibətlərə müsbət təsir edəcək

Nazirlik: ABB-nin restrukturizasiya planının qəbulu beynəlxalq maliyyə qurumları ilə münasibətlərə müsbət təsir edəcək
# 18 iyul 2017 16:44 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermənin nəticəsi, təklif olunmuş plana kreditorların mütləq əksəriyyətinin - təxminən 94 faizinin dəstək nümayiş etdirməsi göstərdi ki, ABB-nın hazırladığı və hökumət tərəfindən dəstəklənən bu proqram həm bankın gələcək inkişafı baxımından, həm də xarici kreditorların maraqlarının təmin edilməsi baxımından ən optimal və uğurlu variantdır”.

 

Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev ABB-nın xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı səsvermənin nəticəsini "APA-Economics"ə şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, ABB-nın xarici kreditorlar qarşısında olan öhdəliklərinin dövlət tərəfindən qəbul olunması Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə münasibətlərinə müsbət təsir göstərməklə ölkəmizin etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR