Bank Of Baku

Nazirlik işləyən əlillərin sayını açıqlayıb

Nazirlik işləyən əlillərin sayını açıqlayıb
# 19 dekabr 2017 08:23 (UTC +04:00)

"Azərbaycanda 624 min nəfər əlilliyi olan şəxs var və onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər il 82 milyon manat ödənilir".


"APA-Economics" xəbər verir ki, bunu "Bakcell" MMC-nin maliyyə dəstəyi, "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib.


Onun sözlərinə görə, son statistikaya əsasən, Azərbaycanda 624 min nəfər əlil şəxs var ki, bu da əhalinin 6,3%-nə bərabərdir. "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15%-i əlildir", - deyə o vurğulayıb.


Qurum rəsmisi əlillərin məşğulluğu sahəsində problemlərə də toxunub. Şöbə müdiri deyib ki, hazırda 32,5 min nəfər əlilliyi olan şəxs çalışır. "Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 350 min nəfəri əməkqabiliyyətlidir", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR