Bank Of Baku

Oktyabrda manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb

Oktyabrda manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb
# 09 dekabr 2017 10:08 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda manatda banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

 

APA-Economics” Azərbaycan Mərkəzi Bankının (AMB) saytına istinadən xəbər verir ki, hesabat dövründə dollarda banklararası kreditlər üzrə orta faiz dərəcəsi isə yüksəlib. Əgər sentyabrda manatla banklararası kreditlərin orta faiz dərəcəsi 8,41%, xarici valyutada 9,97% olubsa, oktyabrda manatda banklararası kreditlərin orta faiz dərəcəsi 7,94%, xarici valyutada 10,22% təşkil edib.

 

Orta faiz manatla kreditlərdə illik 6,69%-dən 7,94%-ə, xarici valyutada 5,42%-dən 10,22%-ə yüksəlib.

 

Manatla banklararası kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 9,93% olmaqla 1 ildən yuxarı, ən aşağı isə illik 3% olmaqla 30 günədək kreditlərdə qeydə alınıb. Xarici valyutada da ən yüksək orta faiz 1 ildən yuxarı kreditlərdə müşahidə olunub - 11,99%. Oktyabrda banklararası kreditlərdə ən aşağı orta faiz dərəcəsi 0,55% olmaqla 30 günədək kreditlərdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR