Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı il noyabrın 1-nə 20 122,6 mln. manat, təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 753,1 mln. manat və ya 15,9% çoxdur.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda sentyabr ayı ilə müqayisədə cari ilin oktyabr ayında geniş mənada pul kütləsi 11,6 mln. manat və ya 0,1% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 315,4 mln. manat və ya 14% artaraq 2016-cı il noyabrın 1-nə 10,679 mlrd. təşkil edib.